Avto FM 107.7

Avto FM 107.7

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
00:00
00:00

Резюме на епизода

"Meqapolis" verilişinin qonağı "San Tortino" mağazalar şəbəkəsinin istehsalat rəhbəri Seyfəl Bünyadov oldu. Efir zamanı qonağımızla müştərilərin ən çox üstünlük verdiyi şirniyyat növlərindən, istehsalat prosesinin gündəlik iş rejimindən, qarşılaşdıqları maraqlı və gözlənilməz hadisələrdən, məhsulların qorunması və günün sonunda qalan şirniyyatların idarə olunmasından danışdıq. Həmçinin peşəkar şirniyyatçının əsas xüsusiyyətləri və bu sahəyə yeni başlayanlar üçün vacib məsləhətlər ətrafında söhbət etdik.

Епизоди

2613-

Bir dilim tortun arxasında nələr var? | Meqapolis

"Meqapolis" verilişinin qonağı "San Tortino" mağazalar şəbəkəsinin istehsalat rəhbəri Seyfəl Bünyadov oldu. Efir zamanı qonağımızla müştərilərin ən çox üstünlük verdiyi şirniyyat növlərindən, istehsalat prosesinin gündəlik iş rejimindən, qarşılaşdıqları maraqlı və gözlənilməz hadisələrdən, məhsulların qorunması və günün sonunda qalan şirniyyatların idarə olunmasından danışdıq. Həmçinin peşəkar şirniyyatçının əsas xüsusiyyətləri və bu sahəyə yeni başlayanlar üçün vacib məsləhətlər ətrafında söhbət etdik.

16 окт. 2026
2612-

AllMiles proqramında yeni dövr: Səyahət necə daha rahat və əlçatan olur? | Meqapolis

"Meqapolis" verilişinin qonağı "Premium Bank"ın Marketinq departamentinin əməkdaşı Minacət Əliyeva oldu. "Premium Bank"ın AllMiles proqramında baş verən yenilikləri, millərin hesablanması qaydalarını, AllMiles tətbiqinin yeni imkanlarını, kifayət qədər mili olmayan istifadəçilər üçün yaradılan fürsətləri, daha çox mil qazanmaq istəyənlər üçün uyğun kart seçimlərini, "Signature Business" kartının üstünlüklərini, eləcə də proqrama qoşulmaq, kart əldə etmək və tərəfdaşlıq imkanlarından yararlanmaq yollarını müzakirə etdik.

15 окт. 2026
2611-

Bakıda yağış yağanda sürücülər niyə panikaya düşür? I "Qaydaları Pozma"

Qaydaları Pozma" verilişinin qonağı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: Yağışlı havada qəza törədən sürücü “Hava şəraiti pis idi” deyərək məsuliyyətdən yayına bilərmi? Yağışda ən çox hansı qayda pozuntuları ilə rastlaşırsınız: sürət həddinin aşılması, ara məsafəsinin saxlanılmaması, qəfil əyləcləmə, yoxsa təhlükəli manevrlər? Bakıda bəzi yolların yağışdan sonra sürüşkənləşməsi sürücülər üçün nə dərəcədə ciddi risk yaradır? Sürücü belə sahələrdə hansı qaydalara əməl etməlidir?

14 окт. 2026
2610-

Sürücüləri qəzaya aparan 3 əsas səbəb hansılardır? I "Qaydaları Pozma"

Qaydaları Pozma" verilişinin qonağı qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov oldu. Bu podkastda bu sualların cavabını tapacaqsınız: Sürücü qaydaları bilə-bilə niyə qəza törədir? Problem bilikdədir, yoxsa davranışda? Qəza zamanı sürücülərin daha çox hansı səhvi ölümcül nəticələrə səbəb ola bilər? Avtomobili idarə etmək bacarığı ilə təhlükəli vəziyyətdən çıxmaq bacarığı arasında hansı fərq var?

14 окт. 2026
2609-

Düzgün yağ seçimi avtomobili hansı təhlükələrdən qoruyur? l "Birdən İkiyə"

"Birdən İkiyə" verilişinin qonağı "Hykron" brendinin direktoru Yelmar Rəcəbzadə oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: Sürücülər fərqində olmadan bəzən səhv yağ seçimi səbəbilə daha çox yanacaq xərcləyirlər. Yağla yanacaq sərfiyyatı arasında necə əlaqə var? Sürücülər arasında geniş yayılmış bir mif var: "Maşın köhnəlibsə, mütləq qatı (məsələn, 10W-40 əvəzinə 20W-50) yağ tökmək lazımdır ki, səs salmasın və yağ yeməsin". Texniki baxımdan bu yanaşma mühərriki hansı təhlükəli uzunmüddətli fəsadlarla üz-üzə qoyur? Bazarda satılan saxta və ya aşağı keyfiyyətli yağları adi sürücü vizual olaraq necə ayırd edə bilər? Saxta yağ mühərrikdə cəmi bir neçə min kilometr işlədikdən sonra hansı kimyəvi transformasiyaya uğrayır?

14 окт. 2026